08 avqust 2018-ci ildən fəaliyyət göstərən INOUTLAB MMC, müxtəlif sənaye müəssisələri üçün zavod ehtiyat hissələri, ventilyasiya avadanlıqları və texniki komponentlərin təchizatını həyata keçirən şirkətdir.
Şirkət müxtəlif sənaye sahələri üçün pnevmatik avadanlıqlar, sənaye filtrasiya və havalandırma məhsulları, ölçmə və sınaq cihazları, avtomatlaşdırma həlləri və digər sənaye komponentləri üzrə məhsullar təqdim edir.
INOUTLAB-ın məhsul portfelində beynəlxalq səviyyədə tanınmış istehsalçıların məhsulları yer alır. Şirkət SMC, General Filter HAVAK, Proceq, Liya Testing və digər aparıcı sənaye brendlərinin məhsullarının Azərbaycan bazarında təchizatını həyata keçirir. INOUTLAB, eyni zamanda, SMC və General Filter HAVAK brendlərinin Azərbaycanda rəsmi distribyutoru olaraq fəaliyyət göstərir və bu brendlərin məhsullarının yerli bazarda təchizatını və texniki dəstəyini təmin edir.
Şirkətin geniş məhsul portfelinə 700 mindən çox pnevmatik komponent, kaset, torba, HEPA və aktiv karbon filtrləri, filtrasiya materialları, beton və tikinti materiallarının sınaq cihazları, ölçmə və nəzarət avadanlıqları, eləcə də müxtəlif sənaye tətbiqləri üçün texniki avadanlıqlar daxildir.
INOUTLAB MMC-in əsas məqsədi sənaye müəssisələrini keyfiyyətli və etibarlı avadanlıq, komponent və ehtiyat hissələri ilə təmin etməklə, onların istehsal proseslərinin səmərəliliyinə və davamlı inkişafına töhfə verməkdir.